• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Nizami Kino Mərkəzində 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirilib

13.05.2026
Mədəniyyət, Xəbərlər
Nizami Kino Mərkəzində 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirilib
Share on FacebookShare on Twitter

Bu gün Nizami Kino Mərkəzində 9-cu “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılış mərasimi keçirilib. Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Yaradıcı Mərkəzin dəstəyi ilə Azərbaycan Animasiya Assosiasiyası və “ANİMAFİLM” MMC tərəfindən təşkil olunub.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, builki festival “Dəniz” mövzusuna həsr edilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev festivalın artıq 9-cu dəfə keçirildiyini və illərdir davamlı dəstək gördüyünü vurğulayıb. O, təşkilatçılara və tərəfdaşlara təşəkkürünü bildirib, həmçinin qeyd edib ki, festival çərçivəsində xarici qonaqların iştirakı ilə müxtəlif peşəkar vörkşoplar təşkil olunacaq. Onun sözlərinə görə, bu təşəbbüslər yerli animasiya mühitinin inkişafına mühüm töhfə verir.

R.Ağamalıyev əlavə edib ki, animasiya sahəsi ölkədə sürətlə inkişaf edir. Festival müddətində tamaşaçılar zəngin müsabiqə və qeyri-müsabiqə proqramları ilə tanış olacaq, həmçinin xarici müəlliflərlə görüşərək təcrübə mübadiləsi aparacaqlar.

Rejissor-multiplikator Elçin Hami Axundov belə festivalların animasiya sahəsinin inkişafına mühüm töhfə verdiyini bildirərək təşkilatçılara təşəkkür edib.

Kino Agentliyinin baş direktoru Rəşad Əzizov isə çıxışında animasiyanın insanlara müsbət emosiyalar bəxş edən, düşündürən və sevindirən mühüm yaradıcılıq sahəsi olduğunu qeyd edib. O vurğulayıb ki, animasiyanın əsas auditoriyası uşaqlardır və bu istiqamətdə görülən işlər xüsusi əhəmiyyət daşıyır. Bildirib ki, builki festival da uşaqlarla başlayır və onların iştirakı ilə davam edəcək, çünki animasiya uşaqların dünyagörüşünün formalaşmasına təsir göstərir.

Daha sonra “İsi və Piti” uşaq animasiya serialının və “Yulaf dönərgə” qısametrajlı animasiya filminin premyerası baş tutub.

Festival çərçivəsində tədbirlər Nizami Kino Mərkəzi ilə yanaşı, “Suraxanı” gəmi-muzeyi və “Fluxus Space” qalereyası məkanlarında keçiriləcək.

Qeyd edək ki, bu il festivalın coğrafiyası daha da genişlənib.

Festivala dünyanın 60-dan çox ölkəsindən 437 animasiya filmi təqdim olunub. Rəsmi müsabiqə proqramına isə 20 ölkəni təmsil edən 31 film daxil edilib. Seçilmiş ekran əsərləri vizual zənginliyi, innovativ texnikaları və qlobal, eləcə də lokal mövzulara toxunması ilə seçilir.

Xatırladaq ki, 2024-cü ildə “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən “BAFTA Festivallar Siyahısı”na daxil edilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.