• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub

17.04.2026
Mədəniyyət, Xəbərlər
Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub
Share on FacebookShare on Twitter

Aprelin 16-da Nizami Kino Mərkəzində “At gücü” (“Horse Power”) sənədli filminin təqdimatı keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin “At gücü” mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra film nümayiş etdirilib.

Film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir. Layihə vəhşi təbiət haqqında məzmun yaradan və filmləri 70-dən çox ölkədə yayımlanan məşhur “Plimsoll Productions” və “Eos Films” istehsal şirkətlərinin birgə məhsuludur.

Filmin çəkilişləri ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Azərbaycandakı çəkilişlər Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə həyata keçirilib. Filmdə təqdim olunan məşhur at cinsləri arasında Azərbaycanın milli irsi olan Qarabağ atları da öz layiqli yerini tutub.

Bu ekran əsəri “Mavi Planet II” və “Yer kürəsi II” kimi layihələrin yaradıcıları tərəfindən atlar haqqında indiyədək çəkilmiş ən iddialı sənədli filmlərdən biri hesab olunur.

Şərq təqviminə görə 2026-cı ilin “At ili” olması ilə əlaqədar filmin nümayişləri dünyanın müxtəlif ölkələrində bu mövzuya həsr edilib. Proqnozlara əsasən, ekran əsərinin auditoriyası 100 ölkədə 300 milyon izləyicini ötəcək. Bu göstəriciyə televiziya yayımı, onlayn platformalar, kinoteatr nümayişləri, eləcə də dünyanın müxtəlif muzeylərində təşkil edilən təqdimatlar vasitəsilə nail olunması gözlənilir.

Qeyd edək ki, filmin ərsəyə gəlməsində beynəlxalq təcrübəyə malik peşəkar komanda iştirak edib. Layihənin məsləhətçiləri sırasında Böyük Britaniyanın tanınmış fotoqrafı, Kral Coğrafiya Cəmiyyətinin üzvü Henri Dallal (Henry Dallal) da daxil olmaqla, elm və mədəniyyət sahəsinin aparıcı mütəxəssisləri yer alır.

Filmin rejissoru Mark Braunlou (Mark Brownlow) “Yer kürəsi II” və “Eden: Untamed Planet” kimi layihələri ilə tanınır. O, həmçinin “Mavi planet II”, “Kiçik nəhənglər 3D”, “Okeanlar: bizim mavi planetimiz 3D” və digər sənədli serialların prodüseri və rejissoru kimi çoxsaylı mükafatlara layiq görülüb.

Filmin prodüseri Sun Şuyun (Sun Shuyun) beynəlxalq əməkdaşlıq sahəsində tanınan və məhsuldar fəaliyyət göstərən mütəxəssislərdəndir.

İkinci rejissor Rob Sallivan (Rob Sullivan) sənədli seriallar üzrə təcrübəli prodüser və rejissor kimi yerli hekayələrin təqdimatı və unikal çəkiliş məkanlarına çıxış imkanları ilə seçilir.

Filmin kadrarxası mətni “Oskar” mükafatı nominantı aktyor Coş Brolin (Josh Brolin) tərəfindən səsləndirilib, musiqinin müəllifi isə “Emmy” mükafatı laureatı bəstəkar Barnabi Teylordur (Barnaby Taylor).

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.