• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

13.05.2026
SİYASƏT, Xəbərlər
Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının üzvləri Marcela Čavojovánı və Zuzana Matějčkovánı qəbul edib.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı ombudsman Səbinə Əliyeva Azərbaycan və Slovakiya dövlətləri arasında sıx əlaqələrin mövcud olduğunu bildirib.

Ombudsman qonaqlara bu yaxınlarda ölkəmizə səfər edən slovakiyalı həmkarı ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, Azərbaycan və Slovakiyanın ombudsman institutları arasında mövcud olan dostluğa və tərəfdaşlığa əsaslanan əməkdaşlıq əlaqələri barədə məlumat verib.

Müvəkkil qonaqları mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumatlandırıb.

Səbinə Əliyeva ötən illər ərzində mandatının genişləndirildiyini, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə monitorinq qruplarının yaradıldığını, bu sahədə müsbət təcrübələrin əldə olunduğunu qeyd edib.

Slovakiya Milli Şurasının üzvləri Marcela Čavojová və Zuzana Matějčková öz növbələrində səmimi qəbula görə ombudsmana təşəkkürlərini ifadə edib, iki ölkə arasında çoxşaxəli əlaqələrin uğurla davam etdirildiyini, Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işlərində yaxından iştirak etdiyini bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.