• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

OPEC: “Baku Energy Week” ildən-ilə güclənərək qlobal enerji liderlərini Azərbaycanda bir araya gətirir

27.04.2026
SİYASƏT, Xəbərlər
OPEC: “Baku Energy Week” ildən-ilə güclənərək qlobal enerji liderlərini Azərbaycanda bir araya gətirir
Share on FacebookShare on Twitter

1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən nüfuzlu və genişmiqyaslı enerji platformalarından olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “Baku Energy Week” çərçivəsində “Caspian Oil & Gas” – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, “Caspian Power” – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi və “Baku Energy Forum” – 31-ci Bakı Enerji Forumu keçiriləcək.

Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “Baku Energy Forum”dur. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, müxtəlif ölkələrin hökumət strukturlarını, investorları və biznes nümayəndələrini hər il bir araya gətirərək, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma yaradır.

“Baku Enerji Week”in yüksəksəviyyəli və strateji dialoq platforması olan Bakı Enerji Forumu uzun illər ərzində regionda konstruktiv və balanslı enerji müzakirələrinin aparıldığı əsas mərkəzlərdən birinə çevrilib. 2026-cı ildə forum davamlı və şaxələndirilmiş enerjinin gələcəyi, enerji transformasiyası və gələcək strategiyaları, yaşıl enerji sahəsində genişlənə bilən layihələr və ixrac perspektivləri və digər vacib mövzuları əhatə edəcəkdir.

“Baku Energy Forum”un beynəlxalq nüfuzu və strateji əhəmiyyəti tədbirə qatılan yüksəksəviyyəli rəsmilərin və beynəlxalq enerji təşkilatlarının rəhbərlərinin forum iştirakçılarına ünvanladıqları müraciətlərdə aydın şəkildə əks olunur.

Forum Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. “Baku Energy Week 2026” iştirakçılarına OPEC-in Baş katibi Haysam Əl-Qays ünvanladığı salamlama məktubunda forumun da əhəmiyyəti diqqətə çatdırılır. Onun məktubunda qeyd olunur ki, Bakı Enerji Forumu bütün enerji növlərinin gündəmdə olduğu bir tədbirdir.

“Bakı Enerji Həftəsi ildən-ilə güclənir. Bu tədbir Azərbaycanın regional və qlobal enerji tərəfdaşlarını bir araya gətirərək, onun mühüm rolunu vurğulayır. Bu, həm də bütün enerji növlərinin gündəmdə olduğu bir forumdur; gələcəyin enerji yollarının inkişafına holistik, balanslı və realist yanaşmanı əks etdirən bir tədbirdir. Bu vizyon OPEC tərəfindən tam dəstəklənir”, – deyə Haysam Əl-Qays qeyd etmişdir.

OPEC-in Baş katibi əminliyini bildirib ki, Azərbaycanın OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinə (DoC) davamlı dəstəyi, neft bazarının davamlı sabitliyinə verdiyi töhfə, eləcə də gələcəyin enerji yollarının inkişafındakı rolu “Baku Energy Week” tədbirində nümayiş olunacaq.

“Baku Energy Week”ə Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Bakı Enerji Həftəsinin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa Power”, “AZEL Systems LLC”, “Baku Steel Company”, “bp”, “ExxonMobil”, XRG, “Gap İnşaat”, GL, “Gran Tierra Energy”, “Inpex”, KMPG, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, SLB, “TotalEnergies” və “Türkiye Petrolleri AO” kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir.

Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.

Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. Rəsmi hotel tərəfdaşı “Absheron Hotel Group”, rəsmi mebel tərəfdaşı “Accurate MMC” və rəsmi “outdoor” reklam tərəfdaşı isə “Bilbord.al” şirkətidir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.