• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

«Oskar» ala bilmədi, amma dünyanın ən bahalı aktyorudur

21.05.2026
Mədəniyyət, Xəbərlər
«Oskar» ala bilmədi, amma dünyanın ən bahalı aktyorudur
Share on FacebookShare on Twitter

1963-cü ildə doğulan Conni Depp gəncliyində rok musiqiçisi olmaq xəyalı ilə yaşasa da, Nikolas Keyclə tanışlıqdan sonra aktyorluq karyerasına addım atıb.

Fortunamag.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

«21-ci küçədə gizli polis» serialı ilə gənc auditoriyanın rəğbətini qazanan aktyor zamanla romantik rollardan uzaqlaşaraq daha mürəkkəb xarakterlərə üstünlük verib.

Aktyora qlobal miqyasda ən böyük şöhrəti rok musiqiçisi Kit Riçardsdan ilhamlanaraq və öz improvizələri ilə yaratdığı kapitan Cek Sərçə («Karib dənizininn quldurları») obrazı qazandırıb.

Fəaliyyətinə görə «Qızıl Qlobus» alan və «Ginnesin Rekordlar Kitabı»na ən bahalı aktyor kimi düşən Depp üç dəfə «Oskar»a namizəd olsa da, bu mükafatı qazana bilməyib.

Səhnədən kənarda xeyirxahlığı ilə tanınan aktyor tez-tez Cek Sərçə kostyumunda xəstəxanalardakı uşaqları ziyarət edir və fondlara milyonlarla avro ianə edir.

Şəxsi həyatında bir çox məşhurlarla münasibətdə olan Deppin Ember Hörd ilə evliliyi Hollivud tarixinin ən qalmaqallı boşanma proseslərindən birinə çevrilmiş və 2022-ci ildəki məhkəmə Deppin xeyrinə başa çatmışdı.

Məhkəmə gərginliyindən sonra o, şəxsi həyatını gizli saxlamağa üstünlük verir və «Hollywood Vampires» qrupunun tərkibində musiqi fəaliyyətini aktiv şəkildə davam etdirir.

Son illərdə «Janna Dübarri» filmindəki kral XV Lüdovik rolu ilə ekranlara uğurlu dönüş edən Depp Hollivudun ən sirli və sevilən siması olaraq qalmaqdadır.(oxu.az)

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.