• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Özbəkistan və Azərbaycanın Xalq artisti Fərrux Zakirovun 80 illiyi qeyd olunur

17.04.2026
Mədəniyyət, Xəbərlər
Özbəkistan və Azərbaycanın Xalq artisti Fərrux Zakirovun 80 illiyi qeyd olunur
Share on FacebookShare on Twitter

Özbək, sovet və Türk dünyası estrada musiqisinin görkəmli nümayəndəsi, Özbəkistan, Azərbaycan və digər ölkələrin Xalq artisti Fərrux Zakirovun 80 illik yubileyi münasibətilə Prezident Şavkat Mirziyoyevin iştirakı ilə “Kuksaroy” iqamətgahında təntənəli tədbir keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, tədbirdə dövlət və ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, yaradıcı ziyalılar, geniş ictimaiyyət və Zakirovun rəhbəelik etdiyi “Yalla” ansamblının üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən dövlət başçısı Fərrux Zakirovu yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, ailə rifahı və davamlı yaradıcılıq uğurları arzulayıb.

Özbəkistan Prezidenti qeyd edib ki, Zakirovlar sülaləsi uzun illərdir milli musiqi və vokal sənətinin inkişafına əvəzsiz töhfələr verib. “Bütöv bir ailənin, bütöv bir nəslin həyatını incəsənət və mədəniyyətin inkişafına həsr etməsi halları olduqca nadirdir. Bu böyük ənənələri layiqincə davam etdirən Fərrux Zakirov milli estrada sənətini yeni bir səviyyəyə qaldırıb”, -deyə o vurğulayıb.

Şavkat Mirziyoyev müğənniyə Özbəkistanın ali mükafatını – “Böyük xidmətlərə görə” ordenini təqdim edib.

Fərrux Zakirov bütün Orta Asiya, MDB və Türk dünyasında sevilən sənətkardır. Tədbirdə qeyd edilib ki, Özbəkistanın fəxri adı ilə yanaşı, müğənni Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycan, eləcə də Tatarıstan, Başqırdıstan və İnquşetiyanın Xalq artisti yüksək adlarına layiq görülüb.

Qeyd edək ki, məşhur müğənni Prezident İlham Əliyevin 22 iyul 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki,

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.