• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

“PAŞA Holdinq”in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib

09.01.2026
İnkişaf, Xəbərlər
“PAŞA Holdinq”in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
Share on FacebookShare on Twitter

Bir müddət öncə “PAŞA Holdinq”, AUKAA (İngiltərə Məzunları İctimai Birliyi), Britaniya səfirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə KSM (Korporotiv Sosial Məsuliyyət) çərçivəsində “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, layihə müddətində Ağdam, Bərdə, Salyan, Yardımlı, Lerik, Şamaxı, Balakən, Zaqatala, Siyəzən və Gədəbəy rayonlarında yerləşən kənd məktəbləri ziyarət olunub. Bu səfərlər zamanı ümumilikdə 500-dən çox şagirdlə görüşlər keçirilib və onlara ixtisas seçimi, şəxsi inkişaf, xaricdə təhsil imkanları və digər mövzularda məlumatlar təqdim edilib.

Layihənin davamı olaraq, seçilmiş 30 şagird Bakıda təşkil olunan 5 günlük qış düşərgəsində iştirak edib. Düşərgə çərçivəsində şagirdlər maraqlandıqları ixtisas sahələri üzrə peşəkar dənizçi, psixoloq, rəssam/dizayner və digər mütəxəssislərlə görüşlərə qatılıblar.

Bundan əlavə, iştirakçılar üçün ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai Televiziya, Şəhidlər Xiyabanı, Heydər Əliyev Mərkəzi, Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyi və digər müəssisələrə ziyarətlər təşkil edilib.

“Təhsil üçün əl-ələ” layihəsi gənclərin maarifləndirilməsi, ixtisas seçiminə dəstək və onların gələcək inkişafına töhfə vermək məqsədi daşıyır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.