• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Prezident Kitabxanasında Mir Cəlal Paşayevin ədəbi irsinə həsr olunan yeni virtual kolleksiya yaradılıb

29.04.2026
Mədəniyyət, Xəbərlər
Prezident Kitabxanasında Mir Cəlal Paşayevin ədəbi irsinə həsr olunan yeni virtual kolleksiya yaradılıb
Share on FacebookShare on Twitter

Prezident Kitabxanasının Kolleksiyalar bölməsinin “Ədəbi irs” adlı alt bölməsində XX əsr Azərbaycan ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan yeni virtual kolleksiya yaradılıb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, kolleksiyada Mir Cəlal Paşayevin çoxşaxəli ədəbi və elmi fəaliyyətini əks etdirən materiallar təqdim olunur.

Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri olan ədibin yaradıcılığı milli ədəbiyyatın inkişafında, onun məzmun və ideya baxımından zənginləşməsində xüsusi yer tutur. Yazıçının əsərlərində xalq yaradıcılığı ilə klassik ədəbi irsin qabaqcıl ənənələrinin vəhdəti yeni bədii keyfiyyətdə ifadə olunub.

Mir Cəlal Paşayev ictimai tariximizin və xalq taleyinin mühüm məqamlarını bədii təhlil süzgəcindən keçirən, həyat və zaman haqqında oxucu ilə səmimi və düşündürücü dialoq quran sənətkar kimi tanınır. Onun roman və hekayələri insan xarakterlərinin dərin psixoloji təhlili, milli-mənəvi dəyərlərə bağlılıq və dövrün ictimai mənzərəsinin dolğun əks etdirilməsi ilə seçilir.

Yazıçının elmi yaradıcılığı da Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm yer tutur. Mir Cəlal Paşayev klassik ədəbi irsin, xüsusilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin sənət dünyasının tədqiqinə mühüm töhfələr verib, milli ədəbi düşüncənin əsas istiqamətlərini elmi əsaslarla şərh edib. Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan maarifçiliyinin və ədəbiyyatşünaslıq məktəbinin formalaşmasında əhəmiyyətli rol oynayıb.

Kolleksiyada ədibin bədii əsərləri ilə yanaşı, ədəbi-tənqidi, publisistik və elmi yazılarını əhatə edən materiallar yer alır. Bu materiallar Mir Cəlal Paşayevin yaradıcılıq diapazonunun genişliyini, onun həm yazıçı, həm alim, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətini əhatəli şəkildə təqdim edir.

Eyni zamanda, Prezident Kitabxanası tərəfindən Mir Cəlal Paşayevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx hazırlanıb. Videoçarxı kitabxananın “YouTube” kanalında izləmək mümkündür.

Kolleksiya geniş oxucu auditoriyası üçün faydalı mənbə olmaqla, milli ədəbi irsin öyrənilməsi və araşdırılması baxımından əlavə imkanlar yaradır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.