• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq

30.04.2026
Mədəniyyət, Xəbərlər
Qarabağ Dirçəliş Fondu Beynəlxalq Xalça Festivalında interaktiv guşə ilə təmsil olunacaq
Share on FacebookShare on Twitter

Qarabağ Dirçəliş Fondu (QDF) mayın 2-3-də İçərişəhərdə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi tərəfdaşı qismində çıxış edəcək.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Fond festival günlərində İçərişəhərin dördbucaqlı Qala meydanında qurulacaq interaktiv guşə ilə təmsil olunacaq. İanə mədəniyyətinin təşviqi və milli həmrəyliyin gücləndirilməsi məqsədilə guşə ərazisində müxtəlif interaktiv fəaliyyətlər nəzərdə tutulub.

Guşədə qurulacaq xalça dəzgahı Qarabağ xalçaçılıq irsinin canlı nümunəsi olacaq. Ziyarətçilər xalçaya rəmzi ilmə vuraraq onun toxunmasında iştirak edəcək, bu isə Qarabağın dirçəlişində milli birlik və həmrəyliyin simvolu olacaq.

Azərbaycan Rəssamlıq Akademiyası tələbələri Qarabağ xalçalarının motivləri əsasında canlı rəsmlər təqdim edəcək, ziyarətçilər isə işğaldan azad edilmiş ərazilərdə yaşıllıqların bərpasına töhfə vermək imkanı qazanacaqlar.

Buradakı informativ materiallar və monitorlar vasitəsilə Fondun fəaliyyəti, regionda görülən işlərin cari vəziyyəti və gələcək layihələr barədə ətraflı məlumat əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Beynəlxalq Xalça Festivalı milli irsin tanıdılması üçün mühüm platformadır. QDF isə bu tədbiri Qarabağ həqiqətlərinin çatdırılması, ianə mədəniyyətinin təşviqi və milli həmrəyliyin gücləndirilməsi üçün vacib imkan kimi qiymətləndirir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.