• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Quba sakinləri Ümumdünya Şəhərsalma Forumunun əsas ideyaları ilə tanış olublar

30.04.2026
Xəbərlər
Quba sakinləri Ümumdünya Şəhərsalma Forumunun əsas ideyaları ilə tanış olublar
Share on FacebookShare on Twitter

Quba şəhərində keçirilən WUF13 Festivalında iştirakçılara Ümumdünya Şəhərsalma Forumunun (WUF13) On Üçüncü Sessiyasının əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin WUF13 haqqında məlumatlandırılması məqsədilə təşkil olunan festivalın axşam proqramı Qubadakı Nizami parkında davam edib.

Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

Qeyd edək ki, günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin müəllim və tələbə heyəti, Quba şəhərində yerləşən müxtəlif məktəblərin və liseylərin şagirdləri, eləcə də Özbəkistandan ADPU-ya gələn müəllimlərdən ibarət qonaqlar iştirak ediblər.

WUF13 Festivalı Qubadan sonra ölkəmizin digər regionlarında, o cümlədən Sumqayıt və Bakı şəhərlərində də təşkil olunacaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.