• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Səfir: Sudan parlamentlərarası dialoqun inkişafında Azərbaycanın öncül rolunu yüksək qiymətləndirir

28.04.2026
SİYASƏT, Xəbərlər
Səfir: Sudan parlamentlərarası dialoqun inkişafında Azərbaycanın öncül rolunu yüksək qiymətləndirir
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova Sudan Respublikasının ölkəmizdəki səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 35-ci ildönümünün tamam olacağı qeyd edilərək, bu gün iki ölkə arasında münasibətlərin inkişafı üçün imkanların mövcud olduğu bildirilib. Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhanın 2019-cu və 2024-cü illərdə ölkəmizə səfərlər etdiyi, ötən il isə Antalya Diplomatik Forumu çərçivəsində ölkə başçıları arasında görüş keçirildiyi vurğulanıb. Bu təmaslar zamanı münasibətlərin inkişafı üzrə istiqamətlərin müəyyən olunduğu bildirilib.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanla Sudanın Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurla əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini söyləyib. O, Milli Məclisin də gələcəkdə Sudan parlamenti ilə beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.

Səfir Ənəs Eltayeb Elqaylani Azərbaycan Milli Məclisinin fəaliyyətini yaxından izlədiyini, ölkəsinin Azərbaycanın beynəlxalq parlamentlərarası dialoq və əməkdaşlığın inkişaf etdirilməsində öncül rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Görüşdə humanitar sahədə də mövcud əlaqələr nəzərdən keçirilib, sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.