Səid Rüstəmov adına orkestr WUF13 çərçivəsində konsert verəcək
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri-Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestri mayın 21-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, konsert Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçiriləcək.
Konsert proqramında Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri səsləndiriləcək.
Konsertin əsas özəlliklərindən biri milli musiqi irsimizin beynəlxalq auditoriyaya təqdim olunmasıdır. WUF13 kimi qlobal tədbir çərçivəsində təşkil olunan bu konsert Azərbaycanın zəngin mədəniyyətinin, musiqi ənənələrinin və sənət potensialının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Fortunamag.az
