• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib

20.04.2026
SİYASƏT, Xəbərlər
Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib
Share on FacebookShare on Twitter

Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Dominikan Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Alfredo Paçeko ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə parlamentlərarası əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı ölkələrimizin Parlamentlərarası İttifaq, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd olunub, bunun ümumi mənafelərə xidmət etdiyi vurğulanıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, parlament diplomatiyasının təşviqinə xüsusi önəm verdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, o cümlədən kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi üçün qarşılıqlı dəstəyin təşviqi və qlobal çağırışlara birgə cavab verilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycan, həmçinin COP29-a sədrliyi çərçivəsində Azərbaycan kiçik ada dövlətlərinin narahatlıqlarını daim diqqətdə saxlayıb, onların üzləşdiyi problemlərin həlli istiqamətində beynəlxalq səylərin birləşdirilməsinə xüsusi önəm verib. Bu məqsədlə COP29 çərçivəsində həmin dövlətlərin problemlərinə həsr olunmuş xüsusi sammit keçirilib.

O, eyni zamanda, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasının və institusional inkişafının çoxtərəfli parlament əməkdaşlığı baxımından önəmli platformaya çevrildiyini vurğulayıb.

Alfredo Paçeko ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirərək, parlamentlər arasında təmasların artırılmasının münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.