• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Sahibə Qafarova: Rusiya və Azərbaycan qanunverici orqanları arasında çox səmərəli əməkdaşlıq qurulub

17.04.2026
SİYASƏT, Xəbərlər
Sahibə Qafarova: Rusiya və Azərbaycan qanunverici orqanları arasında çox səmərəli əməkdaşlıq qurulub
Share on FacebookShare on Twitter

Aprelin 16-da Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Sahibə Qafarova PAİ və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformaların əhəmiyyətini vurğulayıb.

Milli Məclisin sədri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrin rolundan danışıb. O bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub və parlamentarilərimiz həm ikitərəfli tədbirlərdə fəal iştirak edirlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət qarşılıqlı fəaliyyət göstərirlər. Eyni zamanda, MDB PA çərçivəsində fəaliyyət də mühüm istiqamətdir. Burada bir çox mühüm məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirilir. Azərbaycan Parlamentinin sədri diqqətə çatdırıb ki, Milli Məclisi ilə Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyası da parlamentlərarası əlaqələrimizdə mühüm rol oynayır.

Dünən Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin Azərbaycan təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması barədə birgə bəyanatına toxunan Valentina Matviyenko baş vermiş bədbəxt hadisənin nəticələrinin tənzimlənməsinin əhəmiyyətini qeyd edib və bir daha başsağlığını çatdırıb. Federal Şuranın sədri İrandakı müharibə fonunda Rusiya vətəndaşlarının İrandan təhlükəsiz şəkildə çıxarılması üçün Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban Əliyeva ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu görüşlər barədə təəssüratlarını bölüşüb. Ölkələrimiz arasında münasibətlərin səviyyəsindən razılıq ifadə olunub, qarşılıqlı əlaqələrin inkişafında iki ölkənin dövlət başçılarının mühüm rolu qeyd edilib.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin xarici işlər nazirliklərinin sonuncu bəyanatının əhəmiyyətini vurğulayıb.

Görüşdə xalqlarımız arasında mədəni, humanitar əlaqələrə də toxunulub, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.