• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Sahibkarlar vergi əməkdaşlarına qida və qeyri-qida məhsulları üzrə təbii itki normalarına yenidən baxılmasını təklif ediblər

14.04.2026
SİYASƏT, Xəbərlər
Sahibkarlar vergi əməkdaşlarına qida və qeyri-qida məhsulları üzrə təbii itki normalarına yenidən baxılmasını təklif ediblər
Share on FacebookShare on Twitter

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahəvi assosiasiyalarla silsilə görüşlərini davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin əməkdaşları ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin (İB) üzvləri arasında olub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüş zamanı biznes nümayəndələri ilə davamlı və səmərəli kommunikasiyanın qurulmasına Vergi Xidməti tərəfindən xüsusi önəm verildiyi vurğulanıb.

Bildirilib ki, inzibatçılıq və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində özəl sektorun təklifləri mütəmadi olaraq toplanır.

Tədbirdə çıxış edən assosiasiya üzvləri gündəlik fəaliyyət zamanı qarşılaşdıqları praktiki məsələləri, xüsusilə zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi mexanizmlərini diqqətə çatdıraraq öz təkliflərini səsləndiriblər. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar qida və qeyri-qida məhsulları üzrə təbii itki normalarına yenidən baxılmasını, həmçinin xarabolma halları üzrə vahid normaların müəyyən edilməsini təklif ediblər.

Müzakirələrin sonunda dövlət-biznes tərəfdaşlığının daha da gücləndiriləcəyi və sahibkarların rəyinin öyrənilməsi məqsədilə bu formatda dialoqların davam etdiriləcəyi diqqətə çatdırılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.