Slovakiya Milli Şurasının sədri: Slovakiya Azərbaycanın Avropada etibarlı tərəfdaşıdır
Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır. Bugünkü tədbirlər münasibətlərimizin iqtisadi, parlament və xalqlararası təmaslar baxımından çox güclü bir dinamika yaşadığını aydın şəkildə nümayiş etdirdi.
Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mayın 13-də keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Slovakiya Avropa səhnəsində Azərbaycanın etibarlı və balanslı tərəfdaşı olaraq qalır və biz bu tərəfdaşlığı gələcəkdə böyük intensivliklə inkişaf etdirmək niyyətindəyik.
Fortunamag.az
