• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ ÖZƏL FİKİR

Sona Quliyeva: “İkinci Həyat” layihəsi köhnə xalçalara yeni mədəni və ekoloji dəyər qazandırır

20.05.2026
ÖZƏL FİKİR, Mədəniyyət, Xəbərlər
Sona Quliyeva: “İkinci Həyat” layihəsi köhnə xalçalara yeni mədəni və ekoloji dəyər qazandırır
Share on FacebookShare on Twitter

Azərbaycanın zəngin xalçaçılıq ənənələri müasir incəsənətlə sintez olunaraq yeni yaradıcı layihələrə çevrilir. “Arts Council Azerbaijan” təşkilatının sədr müavini və “İkinci Həyat” layihəsinin müəllifi Sona Quliyeva Fortunamag.az-a müsahibəsində layihənin ideyası, beynəlxalq təqdimatları və milli mədəniyyətin təbliği barədə danışıb.

– “İkinci Həyat” layihəsi nəyi hədəfləyir?

Onun sözlərinə görə, layihənin əsas məqsədi köhnəlmiş və istifadəyə yararsız xalçaların yenidən sənət əsərinə çevrilməsidir.

– “Bugünkü tədbirdə ‘İkinci Həyat’ layihəsi və sərgisi ilə iştirak edirik. Biz köhnəlmiş xalçaları axtarıb tapırıq və onların qorunmuş hissələri üzərində rəsm əsərləri yaradırıq. Bununla həm xalçanı qoruyuruq, həm də rəssamlarımızın yaradıcılığını təbliğ edirik”, – Sona Quliyeva qeyd edib.

Onun sözlərinə görə, layihə yalnız estetik deyil, həm də mədəni və sosial missiya daşıyır:

– “Bu layihə həm xalçaçılığı yaşadır, həm də dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. Biz BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 12, 13 və 14-cü hədəflərini dəstəkləyirik”.

– Layihə beynəlxalq səviyyədə necə təqdim olunur?

Sona Quliyeva bildirir ki, “İkinci Həyat” artıq xarici ölkələrdə də böyük maraq doğurub.

– “Biz bu kolleksiya ilə bir neçə dəfə xaricdə də iştirak etmişik. Layihə BMT-nin Baş Qərargahında nümayiş olunub, daha sonra Parisdə sərgilənib. Məqsədimiz Azərbaycan mədəniyyətini mümkün qədər geniş auditoriyaya çatdırmaqdır”, – deyə o vurğulayıb.

– Sərgidə hansı milli motivlər üstünlük təşkil edir?

Onun sözlərinə görə, əsərlərdə Azərbaycan mədəniyyətinin əsas simvolları xüsusi yer alır:

– “Əsərlərdə milli dəyərlərimiz əks olunub. Burada muğam da var, nar da var, kəlağayı da var və s. Rəssamlarımız bunu çox gözəl şəkildə işləyiblər. İlk baxışda insanlar bunun xalça olduğunu dərhal anlamırlar, amma izah etdikdə çox heyran qalırlar”.

– İştirakçıların reaksiyası necədir?

– “İştirakçılar üçün çox maraqlıdır. Hamı əvvəlcə bunun xalça olub-olmadığını ayırd edə bilmir. Sonra ideyanı eşidəndə çox təəccüblənirlər və ‘çox gözəl təşəbbüsdür’ deyirlər”, – Sona Quliyeva bildirib.

Onun fikrincə, layihənin uğuru məhz bu təəccüb və maraqdan başlayır:

– “Bizim üçün ən önəmlisi odur ki, insanlar həm ideyanı, həm də milli mədəniyyətimizi bu formatda qəbul edirlər”.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.