• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Tahir Tağızadə “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib

27.04.2026
SİYASƏT, Xəbərlər
Tahir Tağızadə “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilib
Share on FacebookShare on Twitter

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bununla bağlı aprelin 23-də Macarıstan Xarici İşlər və Ticarət Nazirliyində təltifolunma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini Adam Ştifter səfiri Macarıstan Prezidentinin qərarı ilə təqdim olunan yüksəksəviyyəli müstəsna ordenlə təltif edilməsi münasibətilə təbrik edib, onun Macarıstanda fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib. Qeyd edib ki, 2021–2026-cı illərdə Macarıstan və Azərbaycan arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, təhsil və mədəniyyət sahələrində yeni nailiyyətlərlə zənginləşib. Bu irəliləyiş son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasında, ticarət dövriyyəsinin genişlənməsində, regional və beynəlxalq platformalarda davamlı qarşılıqlı dəstəkdə, həmçinin Macarıstanda təhsil alan tələbələrin sayının artmasında öz əksini tapıb. Macarıstan dövlət katibinin müavini səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Səfir Tahir Tağızadə fəaliyyətinin dost ölkədə yüksək qiymətləndirilməsinə və Macarıstan dövlətinin ali mükafatı ilə təltif olunmasına görə təşəkkürünü ifadə edib. Səfir iki ölkə arasında müxtəlif sahələr üzrə məmnunluq doğuran əməkdaşlığa toxunaraq, mövcud müsbət inkişafın qarşıdakı illərdə də davam edəcəyinə əminliyini bildirib. O, 2025-ci ilin mayın 20–21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü xatırladaraq, həmin tədbirin ilk dəfə olaraq müşahidəçi statusuna malik, habelə Avropa İttifaqına üzv ölkə tərəfindən uğurla təşkil olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.