• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Türkiyədə türk ölkələri arasında turist səyahətlərinin asanlaşdırılması təklif olunur

15.04.2026
SİYASƏT, Xəbərlər
Türkiyədə türk ölkələri arasında turist səyahətlərinin asanlaşdırılması təklif olunur
Share on FacebookShare on Twitter

Türkiyə türk dövlətləri arasında turizmə maneələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Biz Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında səyahətlərin asanlaşdırılması üçün razılaşmaların, eləcə də vahid muzey xəritələri tətbiqinin hazırlanmasının tərəfdarıyıq. Bu prosesdə olan irəliləyişlər bizi məmnun edir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin paytaxtında Ankaranın “2026-cı il Türk Dünyasının Turizm Paytaxtı” elan edilməsi tədbirləri çərçivəsində təşkil edilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində çıxış edən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini professor Kürşad Zorlu bildirib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin turizm potensialının təşviqi ilə bağlı təşəbbüslər tezliklə Türkiyə aviaşirkətlərinin rəhbərliyinə təqdim olunacaq.

K. Zorlu vurğulayıb ki, son sorğulara görə, Türkiyə sakinlərinin yalnız 8,7 faizi türk dövlətlərini ziyarət edib, respondentlərin 58 faizi isə qardaş ölkələrə səyahət etmək istəyini bildirib. “Türkiyənin 86 milyon əhaliyə malik olduğunu nəzərə alsaq, hətta öz ölkəmizin daxilində də turizm üçün böyük potensial var”, – deyə siyasətçi vurğulayıb.

“Türkiyənin Ədalət və İnkişaf Partiyası Türk dünyası daxilində əməkdaşlığı hərtərəfli dərinləşdirmək üçün əlindən gələni etməyə davam edəcək”, – deyə o əmin edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.