• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Türkmənistan Məclisinin sədri: Qarşılılıqlı səfərlər və sıx təmaslar münasibətlərimizin daha da dərinləşməsinə töhfə verir

15.05.2026
SİYASƏT, Xəbərlər
Türkmənistan Məclisinin sədri: Qarşılılıqlı səfərlər və sıx təmaslar münasibətlərimizin daha da dərinləşməsinə töhfə verir
Share on FacebookShare on Twitter

Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Tərəflər dövlət başçıları arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoqun ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər.

Söhbət zamanı İkinci Asiya Qadınlar Forumunun əhəmiyyətindən danışılaraq, onun qadınların ictimai-siyasi həyatda iştirakının artırılması, müxtəlif ölkələrin qadın parlamentariləri arasında əməkdaşlığın genişlənməsi baxımından mühüm rol oynadığı vurğulanıb. Sahibə Qafarova Forumun qadınların qərarqəbuletmə proseslərində rolunun gücləndirilməsinə, eləcə də iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafına və regional həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Parlamentlərarası münasibətlər barədə danışan Milli Məclisin sədri bu sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Qeyd olunub ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və parlamentlər beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlıq edirlər.

Dünyagözəl Qulmanova da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsini qeyd edərək, qarşılılıqlı səfərlərin və sıx təmasların münasibətlərin daha da dərinləşməsinə töhfələrini vurğulayıb.

Görüşdə beynəlxalq və regional platformalarda əməkdaşlığın möhkəmləndirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.