• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib

15.05.2026
SİYASƏT, Xəbərlər
UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib
Share on FacebookShare on Twitter

WUF13-ün Bakıda keçirilməsi qərarı bir neçə baxımdan tam məntiqli görünür. Azərbaycan artıq irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib. Xüsusilə COP29 zamanı nümayiş etdirilən logistika imkanları, institusional koordinasiya və mürəkkəb beynəlxalq prosesləri idarəetmə bacarığı bunu açıq şəkildə göstərdi. Təbii ki, bu potensial təsadüfi şəkildə formalaşmayıb. Lakin mənim daha vacib hesab etdiyim məqam başqa bir tərəflə bağlıdır. Azərbaycan bu gün yalnız tədbirlərə ev sahibliyi edən ölkə kimi deyil, eyni zamanda, “dinləməyi bacaran tərəf” kimi də beynəlxalq nüfuz qazanır. Bu prosesdə Prezident İlham Əliyev tərəfindən nümayiş etdirilən aydın və ardıcıl strateji baxış mühüm rol oynayır.

Fortunamag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının (ICCAR) sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakkiroli deyib.

O bildirib ki, Azərbaycan özünü həm də qlobal dialoq platforması kimi, müxtəlif baxışların, fərqli ideyaların və maraqların qarşılaşdığı bir məkan kimi formalaşdırıb. “Burada söhbət yalnız fiziki məkan təqdim etməkdən getmir. Əsas məsələ həmin mühit daxilində real dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün şərait yaradılmasıdır. Bu gün bu, xüsusilə önəmlidir. Çünki bir çox beynəlxalq forumlar getdikcə qarşılıqlı dialoqdan çox paralel monoloqlara çevrilmək riski ilə üz-üzə qalır. Məncə, WUF13-ün Bakıda keçirilməsi həm şəhər inkişafı məsələlərinin tək bir perspektivdən həll edilə bilməyəcəyinin, həm də ev sahibi ölkənin ən mühüm rolunun məhz səmimi və açıq dialoq üçün şərait yaratmaq olduğunun qəbul edildiyini göstərir. Azərbaycanın bu yanaşmanı dərindən anladığı görünür. Məhz buna görə də Bakı bu Forum üçün təkcə təşkilati baxımdan deyil, həm də məzmun və strateji yanaşma baxımından doğru seçim təsiri bağışlayır”, — deyə B.Zakkiroli əlavə edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: info@fortunamag.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.