• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb

24.04.2026
Mədəniyyət, Xəbərlər
Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb
Share on FacebookShare on Twitter

Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 110 illiyi münasibətlə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi, sənətkarın yaxınları və doğmaları Fəxri xiyabana gələrək görkəmli aktrisanın məzarını ziyarət edib və onun xatirəsini ehtiramla anıblar.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, teatrın direktoru Aqil Bəhramlı çıxış edərək Nəsibə Zeynalova həm səhnədə, həm də ekranda bir-birindən maraqlı və yaddaqalan obrazlar qalereyası yaratdığını diqqətə çatdırıb. Vurğulayıb ki, unudulmaz aktrisa özünəməxsus sənəti ilə milli teatr salnaməsində əbədi yaşayacaq.

Əməkdar artist Çingiz Əhmədov aktrisanın yüksək peşəkarlığından, zəngin səhnə mədəniyyətindən və nəcib insani keyfiyyətlərindən söz açaraq onunla bağlı xatirələrini bölüşüb.

Nəsibə xanım haqqında maraqlı xatirələr Musiqili Teatrda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının onun yubileyinə həsr olunmuş nümayişindən öncəki çıxışlarda da dilə gətirilib.

Tanınmış teatrşünas, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə böyük sənət fədaisinin həyat və yaradıcılığı barədə geniş məlumat verərək onun vaxtilə bu tamaşada Sənəm obrazını böyük məharətlə ifa etdiyini vurğulayıb.

Xalq artistinin nəvəsi Nəsibə Novruzova sənətkarın xatirəsinə göstərilən ehtirama görə teatrın rəhbərliyinə və kollektivinə minnətdarlıq edib.

Xatırladaq ki, tamaşanın budəfəki nümayişində Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Nadir Xasiyev, aktyorlar Gülnarə Abdullayeva, Emin Zeynallı, Gültac Əlili, Elxan İsmayılov, Elçin İmanov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Təranə Əliyeva, Murad Əliyev, eləcə də teatrın xor və balet artistləri iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.