• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Xalq artisti Ramiz Həsənoğlu yubileyi münasibətilə mükafatlandırılıb

14.04.2026
Mədəniyyət, Xəbərlər
Xalq artisti Ramiz Həsənoğlu yubileyi münasibətilə mükafatlandırılıb
Share on FacebookShare on Twitter

Aprelin 14-də tanınmış teatr, kino və televiziya rejissoru, Xalq artisti Ramiz Həsənoğlu ilə Mədəniyyət Nazirliyində görüş keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli Ramiz Həsənoğlunu 80 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Bildirib ki, Xalq artisti uzunillik səmərəli fəaliyyəti ilə mədəniyyətimizin inkişafına mühüm töhfələr verib. Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşaları böyük rəğbətlə qarşılanıb. Onun lentə aldığı sənədli filmlər isə Azərbaycan xalqının tarixi-mədəni yaddaşının zənginləşməsinə xidmət edir.

Qeyd olunub ki, rejissorun yaradıcılığı daim yüksək qiymətləndirilib, bir sıra dövlət təltiflərinə layiq görülüb.

Sonra Adil Kərimli yubilyar rejissora Mədəniyyət Nazirliyinin fəxri diplomunu təqdim edib, möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb.

Ramiz Həsənoğlu fəaliyyətinə göstərilən diqqətə və təltifə görə minnətdarlığını bildirib.

Görüşdə iştirak edən Xalq artistləri Hacı İsmayılov, İlham Namiq Kamal, Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev Ramiz Həsənoğlunun sənət yolundan söz açıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.