Ziyad Səmədzadə: Ağsaqqallar Şurası milli dəyərlərin qorunması və cəmiyyətin inkişafında mühüm rol oynayır
Milli dəyərlərin qorunması və cəmiyyətin sağlam inkişafı üçün vahid yanaşma və əlaqələndirilmiş fəaliyyət xüsusi əhəmiyyət daşıyır.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bunu Ağsaqqallar Şurasının IX Qurultayında çıxışı zamanı akademik Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, bu sahədə dövlət qurumları ilə yanaşı, ictimai təsisatların, xüsusilə Ağsaqqallar Şurasının fəaliyyəti mühüm rol oynayır: “Azərbaycanda gənclərlə ağsaqqallar arasında mövcud olan sağlam münasibətlər milli dəyərlərin əsas dayaqlarından biridir və bu əlaqələrin qorunması mühüm vəzifədir. Ailə institutu cəmiyyətin əsas sütunlarından biridir. Bu baxımdan ailə dəyərlərinin möhkəmləndirilməsi də xüsusi diqqət tələb edir”.
Akademik qeyd edib ki, respublikanın bütün rayonlarında fəaliyyət göstərən ağsaqqallar cəmiyyətləri dövlətin müəyyən etdiyi inkişaf proqramlarının həyata keçirilməsində fəal iştirak etməlidir.
Fortunamag.az
