19:27
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Həmin bananı oğurladılar...

Həmin bananı oğurladılar...

Fransada dünyaşöhrətli və qalmaqallı bir muzey eksponatı – divara skoçla yapışdırılmış banan oğurlanıb.

Fortunamag.az xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Agentlik yazır ki, italyan rəssam Maurisio Kattelanın “Komediant” adlı konseptual sənət əsəri nümayiş etdirildiyi muzeydən yoxa çıxıb. Hadisə Parisdəki məşhur “Pompidu” Mərkəzinin Mets şəhərindəki filialında baş verib. Muzey rəhbərliyi oğurluq faktı ilə bağlı cinayət işinin açıldığını bəyan edib. Bildirilib ki, incəsənət əsərinin xarab olmaması üçün banan onsuz da hər üç gündən bir yenisi ilə əvəz olunurdu və oğurluqdan dərhal sonra da stendə yeni bir banan yapışdırılıb.

Qeyd edək ki, bu, sözügedən eksponatın başına gələn ilk hadisə deyil. 2025-ci ilin iyulunda muzey ziyarətçilərindən biri divardakı bananı qoparıb yemişdi. O zaman rəssam Kattelan zarafatla ac ziyarətçinin bananı yeməsinə təəssüfləndiyini bildirmiş, muzey isə məhkəməyə müraciət etməmişdi.

Fortunamag.az

Daha çox