19:20
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Kapadokyada Azərbaycan ab-havası

Kapadokyada Azərbaycan ab-havası

Türkiyənin Nevşehir vilayətinin Avanos rayonunda yerləşən və dünya şöhrətli Güray Muzeyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümü və 15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə təşkil olunan önəmli fotosərgiyə ev sahibliyi edib.

Fortunamag.az xəbər verir ki, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi, EkoAvrasiya Vəqfi, Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Dərnəyi (TÜRKSİT) və Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi bölgə rəsmilərinin və sənətsevərlərin böyük marağı ilə açılıb.

Açılış mərasimində Avanos rayonunun kaymakamı Osman Bilici, Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Füzuli Məcidli, EkoAvrasiya Vəqfinin Himayəçilər Şurasının sədri Hikmət Eren, TÜRKSİT İdarə Heyətinin sədri Kemal Kurnaz və çoxsaylı qonaqlar iştirak ediblər.









Daha çox