Laçında 3 gün davam edən Beynəlxalq Film Festivalı (LİFF) başa çatıb.
Fortunamag.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, festivalın rəsmi bağlanış mərasimi Laçın Şəhəri Günü münasibətilə təşkil olunmuş təntənəli tədbirlər proqramı çərçivəsində keçirilib.
Bağlanış mərasimi zamanı festivalın qalibləri - 5 yerli və 2 xarici rejissor “Qızıl Palıd Budağı” mükafatı ilə təltif ediliblər.
İlk mükafat Laçın Beynəlxalq Film Festivalına töhfəsinə görə, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova verilib.