Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə Madrid şəhərində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Səfirlikdən Fortunamag.az -a verilən məlumata görə, tədbirdə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Şimali Amerika, Şərqi Avropa, Asiya və Sakit Okean üzrə Baş direktorluğunun rəhbəri Luis Fonseka Sançez, nazirliyin digər yüksəkvəzifəli diplomatları, İspaniya hökuməti tərkibindəki müxtəlif dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, çoxsaylı səfirlər, Madrid şəhər bələdiyyəsinin rəsmiləri, akademik dairələrin və beyin mərkəzlərinin nümayəndələri, işgüzar dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri, həmçinin Azərbaycan icmasının üzvləri iştirak ediblər.