15:01
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

ABŞ-nin Los-Anceles şəhərində tanınmış aktyor Ceyms Hendi bıçaqlanma nəticəsində dünyasını dəyişib. Hadisə ilə əlaqədar aktyorun sevgilisinin oğlu həbs olunub.

Fortunamag.az -ın məlumatına görə, Los-Anceles Polis Departamenti hadisənin şəhərin Tarzana rayonunda yerləşən yaşayış evlərindən birində baş verdiyini açıqlayıb. Polis hadisə yerinə daxil olan zəng əsasında yollanıb. Zəng edən şəxs “Mən bir nəfəri öldürdüm” məzmununda ifadə işlədib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları evə çatdıqda 81 yaşlı aktyoru həyətə yaxın ərazidə ağır vəziyyətdə aşkar ediblər. Sinə nahiyəsindən bıçaq xəsarəti alan Hendi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq çərçivəsində 44 yaşlı Maykl Qledhil saxlanılıb. Məlumata əsasən, o, anası ilə birlikdə həmin evdə yaşayırmış və anası aktyorla münasibətdə olub. Şübhəli şəxs polisə axtardıqları adamın özü olduğunu bildirib.

Qledhil qətl ittihamı ilə həbs edilərək Van Nuys həbsxanasına yerləşdirilib. Məhkəmə onun üçün 2 milyon dollar girov məbləği müəyyənləşdirib.

Polis hadisənin fərdi xarakter daşıdığını və ictimai təhlükə yaratmadığını bildirib.

Qeyd edək ki, Ceyms Hendi Hollivudun tanınmış xarakter aktyorlarından biri olub. O, 50 ildən artıq davam edən yaradıcılıq fəaliyyəti ərzində 150-dən çox film və serialda rol alıb. Aktyor “Top Gun: Maverick”, “Logan”, “Jumanji”, “Arachnophobia”, eləcə də “Alias”, “Criminal Minds”, “NCIS: Los Angeles”, “CSI: NY” və digər məşhur ekran işlərindəki rolları ilə tanınıb.

Daha çox