2026-cı ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 965 nəfər ziyarətçi gəlib.
Bu barədə Fortunamag.az -a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 342 305 nəfəri muzeyləri, 121 660 nəfəri isə qoruqları ziyarət edib:
“Rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb. Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Onu Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” izləyib”.