17 ölkədən 60 alim tərəfindən aparılan yeni illik hesabat qlobal istiləşmənin sürətləndiyini bildirir. Fortunamag.az "İmpakter"a istinadən xəbər verir ki, hesabatda göstərilir ki, istiləşmə 1.5°C limitinə yalnız 3 il ərzində çata bilər. Bu hesabatın əhəmiyyəti ondan ibarətdir ki, IPCC-nin qiymətləndirmə dövrləri çox uzundur – təxminən hər 6-10 ildən bir hazırlanır. Sonuncu qiymətləndirmə hesabatı, 2023-cü ildə çap edilmişdi. Lakin iqlim dəyişikliyi ilə bağlı yeniliklər daha təcili şəkildə izlənilməlidir. “Qlobal İqlim Dəyişikliyi Göstəriciləri” (IGCC) isə hər il hazırlanan hesabatlarla bu boşluğu doldurur.
Fortunamag.az