15:20
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

Sabah 31° isti olacaq

Sabah 31° isti olacaq

İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Fortunamag.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 50-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 24-26° isti olacaq.

Fortunamag.az

Daha çox