18.12.2025-ci il tarixində “SEVİNC MALL”da Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) 40 illiyinə həsr olunmuş “Təhsil alan Gənc Kulinarların VI Respublika Çempionatı” və Hesabat-Seçki Konfransı keçirildi.
Fortunamag.az xəbər verir ki, tədbiri təbrik nitqi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açdı. AMKA-nın gördüyü işləri yüksək qiymətləndirən Aygün xanım assosiasiyanı yubiley münasibətilə Agentliyin plaketi ilə mükafatlandırdı.
Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəhman Hüseynov, TOP 100 Klubunun prezidenti Zamir Hüseynov, 1985-ci ildən AMKA ilə birgə fəaliyyət göstərən Ağadayı Ələkbərov, Bərdə Peşə Təhsili Mərkəzinin direktoru Samir Nəcəfov, Qarabağ Peşə Hazırlığı Mərkəzinin direktoru Çinarə Əlişova, mütəxəssislər Rəsmiyyə Allahverdiyeva, Ağakərim Şəmidzadə, Lalə Aslanova, aşpazlar Oruc Əliyev, Oqtay Cəfərov, “SEVİNC MALL”un direktoru Zakir, Türkiyə Aşçılar Birliyinin sədr müavini Firat Dursun, **“Köz Künəfə 1977”**nin rəhbəri Hulusi Karip, Tayqa Ticarət Şirkətinin nümayəndəsi Xəyal Tahirov, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri və münsiflər heyətinin rəhbəri Eynur Nağdəliyev, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova çıxış etdilər.
Çempionatda Bakı, Sumqayıt, Bərdə, Tərtər, Qəbələ, Neftçala, Şabran, İsmayıllı və digər bölgələrin ali və peşə təhsili müəssisələrində təhsil alan gənc kulinarlar iştirak etdilər və aşağıdakı nəticələr əldə olundu:
- Paxlavanın qatlarına görə – I yer: Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Yaradıcılığa görə – I yer: İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi
- Ən bol çeşid və süfrə görünüşünə görə – I yer: Bərdə Peşə Təhsili Mərkəzi
- Qozlu paxlavaya görə – I yer: Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə BDPTM
- Region paxlavasına görə – I yer: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
- Təqdimata görə – I yer: Neftçala Peşə Məktəbi
- Dizayna görə – I yer: Şabran Peşə Məktəbi
- Düzgün texnologiyaya görə – I yer: AMKA-nın Dövlət Məşğulluq Agentliyi ilə birgə kursları
- Sayına görə – I yer: AMKA-nın Qarabağ Peşə Hazırlığı Mərkəzi ilə birgə kursları
- Dada görə – I yer: Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- İnnovativ interpretasiyaya görə (balqabaq tumu) – Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
- Süfrə tərtibatına görə – I yer: Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
- Eynur Nağdəliyev – sədr
- Rəsmiyyə Allahverdiyeva – sədr müavini
- Leyla Rəhimli – üzv
- Lalə Aslanova – üzv
Fortunamag.az