10:59
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

"Turin kəfəni"nin mistik görüntüsü

"Turin kəfəni" qədim mənşəyi mübahisəli olan məşhur bir relikviyadır. Əsas nəzəriyyələrə görə ya orta əsrlərdə sənət əsəri kimi yaradılıb, ya da 2000 il əvvəl İsa Məsihin bədəni üzərinə sarınmış parça...

"Turin kəfəni"nin mistik görüntüsü

"Turin kəfəni" qədim mənşəyi mübahisəli olan məşhur bir relikviyadır. Əsas nəzəriyyələrə görə ya orta əsrlərdə sənət əsəri kimi yaradılıb, ya da 2000 il əvvəl İsa Məsihin bədəni üzərinə sarınmış parçadır.Fortunamag.az "PHYS"a istinadən xəbər verir ki, 1989-cu ildə aparılan radiokarbon analizləri parçanı 1260–1390-cı illərə aid etmişdi. 2005-ci ildə Raymond Rogers bu nümunənin kəfənin sonradan bərpa olunmuş hissəsindən götürüldüyünü iddia etdi. 2022-ci ildə isə WAXS üsulu ilə aparılan yeni test parçanı I əsrə aid göstərdi, bu isə İsa dövrünə daha yaxın tarix deməkdir.

Başqa araşdırmalar isə üzərindəki qan izlərinin ölmüş insan bədəninə uyğun gəlmədiyini, daha çox sonradan bədii şəkildə əlavə olunduğunu göstərib.

2025-ci ildə aparılan 3D modelləşdirmə araşdırması maraqlı nəticə verdi: üçölçülü insan bədəni parçaya sarıldıqda təsvir təhrif olunur, halbuki "Turin kəfənin"dəki obraz bu cür deyil. Əvəzində az relyefli (yastılaşdırılmış heykəl tipli) model daha uyğun nəticə göstərib. Bu isə kəfənin təsvirinin böyük ehtimalla bədii üsulla yaradıldığını gücləndirir.

Müəllif Sisero Morayes qeyd edir ki, bu iş birbaşa fakt olmasa da, kəfənin mənşəyi barədə yeni baxış ortaya qoyur və rəqəmsal texnologiyaların tarixi sirrləri araşdırmaqda gücünü göstərir.

Fortunamag.az

Daha çox