10:58
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Vasif Adıgözəlov 90

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.Filarmoniyadan Fortunamag.az...

Vasif Adıgözəlov 90

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.

Filarmoniyadan Fortunamag.az-a bildirilib ki, konsertdən əvvəl Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bəstəkarın yaradıcılığı, Azərbaycan musiqisində yeri və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan bəhs edib.

Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Proqramda Vasif Adıgözəlovun 3 saylı Simfoniyası və monumental “Odlar yurdu” oratoriyası səsləndirilib.

Oratoriyanın ifasında Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), solistlər – Selcan Fermor-Hesketh (soprano), Mahir Tağızadə (bariton) və qiraətçi Elşən Rüstəmov iştirak ediblər.

Fortunamag.az

Daha çox