17:26
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
MəDəNIYYəT

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Fortunamag.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub.

Tədbirdə Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, millət vəkilləri, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə yubilyarın həyat yolu və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Baş nazirin müavini Samir Şərifov çıxış edərək Sabir Rüstəmxanlının ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıb, Baş nazir Əli Əsədovun yubiley məktubunu səsləndirib.

Gecədə Xalq şairinin şeirləri qiraət olunub, sözlərinə yazılmış musiqi nömrələri təqdim edilib.

Sonda çıxış edən Sabir Rüstəmxanlı yubiley gecəsinin təşkilinə görə təşəkkürünü bildirib.

Fortunamag.az

Daha çox